25.8 C
Gence
25.8 C
Gence

Gəncədə kolxoz bazarı bərpa olunur

Gəncənin mərkəzində  yerləşən kolxoz bazarının yenidən tikilməsi işləri gedir. Bu haqda müxbirimiz bu gün, 1 avqust məlumat verib.

Şeyx Bəhəddin küçəsində 1,5 hektar ərazini əhatə edəcək bazarın bir hissəsində meyvə-tərəvəz və paltar satılacaq, digər hissəsində isə ticarət mərkəzi olacaq. Yeni obyektin üst hissəsi köhnəsindən fərqli olaraq əsasən örtülü olacağı və altında avtomobil dayanacağının olması planlaşdırılır.

“Bazar iki hissədən ibarət olacaq. Birinci hissə üç, ikinci hissə iki mərtəbəli tikililərdən ibarətdir. Memarlıq həllində əlbəttə ki, milli motivlər unudulmayacaq”, – deyə tikinti üzrə iş icraçısı Şahin Mehdiyev qeyd etmişdir.

Bazarın yeni adı Gəncə qalası Zəfər kapısı olacaq.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Təxminən 5 il öncə bazar tamamilə sökülüb.

Həmin “Kolxoz bazarı” 1950-ci ildə şəhərdəki rekonstruksiyalar zamanı uçurulmuş  məhəlli bir qəbiristanlıq olan “Mürsəl ocağı” məzarlığının yerində salınıb. Qəbiristanlığın adını dillərə məhz bu cür salan, 17- 18-ci əsrlərin qovşağında yaşamış, yerli, hörmətli şəxslərdən olan Seyid Mürsəl ağanın heç kimin uçurmağa əli gəlmədiyi  məzar-türbəsi indi də sözügedən məkanda durur. Elə “Kolxoz bazarı”nın aşağı qapısı da həmin türbəyə açılırdı.

Ən Çox Oxunan