19.7 C
Gence
18.5 C
Ganja

Gəncədə “Kim? Harada? Nə zaman?” oyunu çərçivəsində yarış təşkil edilib

Gəncədə “Kim? Harada? Nə zaman?” intellektual yarışı keçirilib. Bu haqda məlumat Gəncə Şəhər Təhsil İdarəsinin Facebook səhifəsində dərc edilib.

Tədbir Gəncə şəhər Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbdə təşkil edilib. Oyun idman həftəsi ilə əlaqədar baş tutub. Yarışda Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşları, məktəbin direktoru və müəllim kollektivi iştirak ediblər.

İdman həftəsinin keçirilməyində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.

Qeyd edək ki, 28 fevral – 4 mart 2022-ci il tarixlərində “5 mart – Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.