25.8 C
Gence
25.8 C
Gence

Gəncədə kişi cərəyanın qurbanı oldu

Gəncədə sentyabrın 16-sı saat 10 radələrində 55 yaşlı kişini cərəyan vurub. Nəticədə o, yerindəcə dünyasını dəyişib. Bu haqda məlumat 17 sentyabr səhər saatlarında paylaşılıb.

Vəfat edən İlyas İsmayılov elektrik stansiyasında işləyib. Hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

İlyas İsmayılov Enerji Təchizatı və Satışı idarəsində usta vəzifəsində işləyib. Hadisə, onun yarımstansiyada təmir işləri aparanda baş verib.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan