19 C
Gence
19 C
Gence

Gəncədəki İdman Sarayı regionda idmanın inkişafına töhfələr verəcək

Gəncədə inşa edilən yeni İdman Sarayı yerli və beynəlxalq turnirlərin keçirilməsi üçün ən əlverişli məkan olacaq. Bu haqda 7 fevral tarixində Azərtac-a istinadən məlumat veririk.

Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Həmid Nəsirov bildirib ki, sarayın tikintisi regionda idmanın inkişafına töhfələr verəcək. Ümumi sahəsi 16 hektardan çox olan sarayda 2092 nəfərlik böyük idman zalı, 1410 yerlik tamaşaçı zalı, 100 nəfərlik restoran və 70 çarpayılıq otel yer alacaq. Bina ikimərtəbəli olacaq. Burada böyük idman zalı, üzgüçülük hovuzu beynəlxalq turnirlərin keçirilməsi üçün məkan, şahmat, güləş, boks və digər idman növləri üzrə məktəblər olacaq.

 

Ən Çox Oxunan