24.7 C
Gence
24.7 C
Gence

Gəncədə keçmiş məhkumun evindən silah aşkarlanıb

Gəncə şəhərində bu gün, 10 avqust keçmiş məhkumda silah aşkarlanıb.

Nizami rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Həsənov saxlanılıb. Onun yaşadığı evdən 1 ədəd, atəşə yararlı “Kalaşnikov” markalı avtomat, 5 ədəd  5.45 mm-lik patron və 1 ədəd daraq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma davam etdirilir.

Daha öncə, 9 avqust tarixində Gəncədə Kəpəz rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silah satmaq istəyən şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Qasımov saxlanılmışdır.

Ən Çox Oxunan