Gəncədə bu gün, 14 avqust tarixində narkotik maddə saxlamaqda şübhəli bilinən 2 şəhər sakini saxlanılıb.
Kəpəz rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Qurban Sadıqov saxlanılıb. Onun üzərindən herion aşkarlanaraq götürülüb.
Digər əməliyyat nəticəsində isə narkotikləri saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Mahmudov saxlanılıb. Üzərində axtarış edilən zaman herion aşkarlanaraq götürülüb.
Faklarla bağlı araşdırmalar aparılır.