27.5 C
Gence
27.5 C
Gence

Gəncədə keçmiş məhkum saxlanılıb

Gəncə şəhər sakini oğurluq üstündə saxlanılıb. Bu haqda Gencexeber.az 30 noyabr tarixində Report-a istinadən məlumat verir.

Kəpəz rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində şəhər ərazisində su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Məlumata əsasən o, əvvəllər məhkum olunmuş Əjdər Babazadədir. Saxlanılan şəxsin 13 ədəd sayğac oğurluyaraq ümumilikdə 520 manat maddi ziyan vurduğu aşkar olunub.

Babazadə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam edir.

Ən Çox Oxunan