19.1 C
Gence
19.1 C
Gence

Gəncədə kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxslər tutulub

Gəncədə oğurluq edən şəxslər saxlanılıb. Bu haqda Report.az-a istinadən məlumat veririk.

Nizami rayon polis əməkdaşları əvvəllər məhkum olunmuş Vüsal Cəfərov və Pərviz Quliyevi tutublar. Onlar kanalizasiya quyusunun qapaqlarının oğurlanmasında şübhəli bilinirlər. Tutulanlar ifadələrində həmin qapaqları oğurlayaraq metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.

Faktlarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalar davam etdirilir.

Ən Çox Oxunan