19.1 C
Gence
19.1 C
Gence

Gəncədə küçəyə atılan körpə xəstəxanaya yerləşdirilib

Gəncədə körpə küçəyə atılıb. Bu haqda 15 fevral tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.

Hadisə şəhərin Atatürk prospektində baş verib. 3 aylıq Tahir Murquzov yataqxana yaxınlığında tapılıb. O, səhhətində problem yarandığına görə vətəndaş tərəfindən təcili tibbi yardım avtomobili ilə Gəncə Şəhər Birləşmiş Uşaq Xəstəxanasına gətirilib. Burada körpənin yaşına görə sağlam olduğu müəyyən olunub.

Faktla bağlı araşdırmalara başlanılıb. Məlum olub ki, uşaq anası Səbinə Murquzovanın himayəsindədir. Körpənin atası qadından ayrılaraq ölkə xaricində yaşayır. Ana ilə profilaktiki söhbətlər aparılıb. Qadın səhvini anladığını və körpəyə lazımi şəkildə nəzarət edəcəyini bildirib.

 

Ən Çox Oxunan