Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reydlər aparılıb. Bu haqda Gəncə şəhər İcra Hakimiyyəti məlumat paylaşıb.
Yoxlamalar Nizami rayonunda keçirilib. Reydlər zamanı bir sıra küçələrdə səkiləri zəbt edərək və küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə satışla məşğul olan şəxslərlə izahedici söhbətlər aparılıb, bəziləri isə məsuliyyətə cəlb olunublar.
Gəncə şəhər İcra Hakimiyyəti qeyd edib ki, bu cür reydlər bütün ərazilərdə keçiriləcək.