Gəncədə qanunsuz küçə ticarətinə qarşı növbəti reyd keçirilib. Bu haqda məlumat Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsində dərc edilib.
Yoxlamalar qurumun başçısı Aparatının Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin əməkdaşları tərəfindən aparılıb. Onlar qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə şəhərin müxtəlif ərazilərində, o cümlədən mərkəzi hissəsində olublar.
Reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olanlarla bağlı qanunamüvafiq formada protokollar tərtib edilib.