Yeni Gəncə qəsəbəsində küçələrin işıqlandırılması prosesi geniş vüsət alıb. Bu haqda Gencexeber.az-ın müxbiri 15 noyabr tarixində məlumat verib.
Sözügedən məsələ qəsəbənin Məmmədov və Topçubaşov küçəsi ilə yanaşı digərlərində də aparılır. Ərazidə dirəklər qoyulub və elektrik naqilləri çəkilib.
Qeyd edək ki, şəhər ərazisində küçələrin işıqlandırılması layihəsi davam etdirilir. Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən aparılan işlər zamanı 400-dən çox küçədə 8000 işıq dirəyi quraşdırılacaq.