Gəncədə jurnalistika ixtisasının bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı veriblər. Bu haqda məlumat Dövlət İmtahan Mərkəzinin rəsmi səhifəsində bu gün, 19 avqust tarixində paylaşılıb.
İmtahan 10:00-da başlayıb və 2 saat 30 dəqiqə davam edib. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa yazıblar.
Rəsmi səhifədə imtahanın nəticələrinin yaxın günlərdə elan olunacağı bildirilib.