16.4 C
Gence
16.4 C
Gence

Gəncədə istehsal edilən alüminium məhsulları qərb ölkələrində ixrac ediləcək

Gəncədə istehsal olunacaq alüminium məhsullarının xarici bazarlara ixracına hədəflənmiş yeni kommersiya qurumu təsis edilib. Bu haqda noyabrın 18-i Report.az-a istinadən məlumat veririk.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İnteral” MMC-ni dövlət qeydiyyatına alıb. Yeni şirkətin təsisçiləri “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azəralüminium” MMC və Almaniyanın “Achenbach Alpha GmbH” şirkətidir.

Yeni kommersiya qurumu Gəncədə rəqabətədavamlı alüminium məhsullarının istehsalı, eləcə də ABŞ və Avropa bazarlarına ixracı ilə məşğul olacaq.

Xatırladaq ki, cari ilin iyulun 18-də “Azəralüminium” və “Achenbach Alpha GmbH” şirkəti arasında Gəncədə birgə müəssisənin təsis və idarə edilməsinə dair müqavilə imzalanıb.

Ən Çox Oxunan