Gəncədə məktəb direktoru intihara cəhd edib. Bu haqda məlumatı 22 iyun tarixində Apa-ya istinadən veririk.
Belə ki, İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva dərman içərək özünü zəhərləyib. Onun intihara cəhd etmə səbəbi məlum deyil. Hal-hazırda məktəbin direktoru Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Mətanət Qarayevanın vəziyyəti kafi qiymətləndirilir.