26.4 C
Gence
26.4 C
Gence

Gəncədə intellektual oyun keçirilib

Gəncədə məktəblilər arasında intellektual oyun keçirilib. Bu haqda 13 dekabr tarixində Gəncə şəhər Təhsil İdarəsi məlumat paylaşıb.

Yarış Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub. Turnirdə Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin komandası I, Əhməd Cavad adına 2 nömrəli məktəbin II və 17 nömrəli məktəbin III yerə layiq görülüblər. Məktəblilər kubok və fəxri fərmanla təltif olunublar.

Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan