Gəncədə müəllim təltif edilib. Bu haqda 6 oktyabr tarixində 35 nömrəli tam orta məktəbə istinadən məlumat veririk.
Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi məktəbin ingilis dili müəllimi Əzizə Xambatovanın təhsilin inkişafında xidmətlərinə görə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə əməyini dəyərləndirib. Ona idarə tərəfindən “Təşəkkürnamə” təqdim olunub.