26.9 C
Gence
26.9 C
Gence

Gəncədə imtahanlarda iştirak edəcək nəzarətçilər üçün təlim keçirilib

Gəncədə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirak edəcək zal nəzarətçiləri üçün təlim keçirilib. Bu haqda yanvarın 27-si Kəpəz televiziyasına istinadən məlumat veririk.

Təlimdə iştirak edən müəllimlər cari və əvvəlki illərdə Dövlət İmtahan Mərkəzinin bazasına daxil olan pedaqoqlardır. Burada Gəncə üzrə 19 nəfər müəllim iştirak edib.

Bu seminarlara bazaya yeni daxil olan və təcrübəsi nisbətən az olan müəllimlər qatılıblar.

Ən Çox Oxunan