22.5 C
Gence
22.5 C
Gence

Gəncədə imtahan nəzarətçilərinə fəxri fərmanlar verilib

Gəncədə keçirilən imtahanların şəffaflığını təmin edən nəzarətçilər fəxri fərmanlara layiq görülüblər. Bu haqda dekabrın 23-ü Kəpəz televiziyasına istinadən xəbər veririk.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirak edən nəzarətçilərin yekun statistikası aparılıb. Nəticədə üç zal nəzarətçisi DİM-in rəhbərliyi tərəfindən fəxri fərmana layiq görülüb.

Qeyd edək ki, qurumun Gəncə bölməsi üzrə bazada olan 1306 zal nəzarətçisindən 650-si təşkil edilən imtahanlarda iştirak edib.

 

Ən Çox Oxunan