24.7 C
Gence
24.7 C
Gence

Gəncədə ilk karpal tunel əməliyyatı keçirilib

Gəncədə Qərb bölgəsində ilk dəfə olaraq karpal tunel əməliyyatı baş tutub. Bu haqda 2 fevral tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Əməliyyat Abbas Səhhət adına xəstəxananın travmatologiya şöbəsində keçirilib. 35 yaşlı Daşkəsən rayon Bayan kənd sakini Aynurə Alıyeva bir ildən çox idi ki, sağ əlinin dirsəkdən aşağı hissəsinin uyuşması və qıc olmasından əziyyət çəkirdi. Bir neçə ay öncə onun sol qolunda da ağrılar yaranmışdır. Həkimlər qadına hər iki əlində dirsəkdən aşağı bilək və ovucunda sinir ağrıları və damar sıxılması diaqnozu qoyublar.

Əməliyyatın cərrahı Zaur Ramixanov olub. Xərclər icbari tibbi sığorta tərəfindən ödənilib. Hazırda xəstənin vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Onun bir neçə gündən sonra evə buraxılması planlaşdırılır.

Ən Çox Oxunan