22.5 C
Gence
22.5 C
Gence

Gəncədə ilk dəfə tibbi sığorta əsasında endoprotez əməliyyatı keçirilib

Gəncədə ilk dəfə dövlət xəstəxanasında icbari tibbi sığorta əsasında endoprotez əməliyyatı keçirilib. Bu haqda Azərbaycan televiziyasına istinadən məlumat veririk.

74 yaşlı Şəmkir sakini Lena Həsənova icbari tibbi sığorta əsasında Gəncənin Abbas Səhhət adına xəstəxanasında əməliyyat olunub. Burada yaşlı qadının ayağının bud sümük sınığına, bud çanaq oynağının endoprotezləşdirmə əməliyyatı aparılıb. Xəstənin vəziyyətinin sabit olduğu bildirilib.

Qeyd edək ki, bir müddət öncə Lena Həsənova sahibsiz küçə itlərinin hücumuna məruz qalıb. Bu zaman xanım yıxılaraq xəsarət almışdır.

Ən Çox Oxunan