22.5 C
Gence
22.5 C
Gence

Gəncədə ilk dəfə Muğam müsabiqəsi keçirilir

Gəncədə ilk Muğam müsabiqəsi başlayıb. Bu haqda 6 dekabr tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

Tədbir “Nizami Gəncəvi ili” çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunur. Bu gün, 6 dekabr tarixində müsabiqənin birinci turuna seçim mərhələsi baş tutub. Burada Xalq artistləri Şahnaz Haşımovanın və Adil Bayramovun, Əməkdar artist Mahir Məmmədovun, muğam ifaçıları Vaqif və Şahin Mirzəyevlərin, həmçinin Gəncə Regional Mədəniyyət idarəsi tabeliyində fəaliyyət göstərən Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin direktoru Təvəkkül Hüseynovun üzv olduqları münsiflər heyəti iştirak edib. Seçim mərhələsinə Gəncə şəhəri, Bərdə, Samux, Goranboy, Gədəbəy, Kəlbəcər və s. rayonlardan olan 50 nəfər muğam ifaçısı qatılıb.

 

 

Ən Çox Oxunan