26.4 C
Gence
26.4 C
Gence

Gəncədə iki restoran sahibi cərimələnib

Gəncədə iki iaşə obyekti cərimələnib. Bu haqda 7 dekabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat paylaşıb.

Dördüncü mikrorayonda və Yeni Gəncə qəsəbəsində yerləşən iki restoranda nöqsanlar aşkarlanıb. Müəssisələrin sahibləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə ölkə üzrə 392 ictimai iaşə obyektində yoxlamalar keçirilib, 4-də qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkarlanıb.

Ən Çox Oxunan