24.7 C
Gence
24.7 C
Gence

Gəncədə iki qardaşı bıçaqlayan şəxs azadlığa buraxılıb

Gəncədə iki qardaşı bıçaqlamaqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb. Bu haqda Report.az-a istinadən yanvarın 8-i məlumat veririk.

Gəncə Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə Nicat Qurbanova hökm oxunub. Hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə şərti cəza verilib. O, dərhal məhkəmə iclas zalından həbsdən azad olunub.

Qeyd edək ki, hadisə 2021-ci il martın 25-də axşam saatlarında Üzeyir Hacıbəyli küçəsində qeydə alınmışdır. 28 yaşlı Osman Dadaşov və 30 yaşlı Salman Dadaşov bıçaq yaraları ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına aparılmışdırlar.

Araşdırma zamanı məlum olmuşdur ki, şəhər sakini, 28 yaşlı Nicat Qurbanov ailə münaqişəsi zamanı bacısının həyat yoldaşını və onun qardaşını bıçaqlamışdır.

Ən Çox Oxunan