14.3 C
Gence
14.3 C
Gence

Gəncədə partlayış səsləri sakinləri təşvişə salıb

Gəncə sakinləri gün ərzində baş verən iki partlayış səsindən narahatçılığını bildiriblər. Məsələ ilə bağlı Gencexeber.az 26 oktyabr tarixində araşdırmalar aparıb.

Əldə etdiyimiz məlumata əsasən, şəhərin bir çox yerində eşidilən səslər Seyfəli poliqonundandır.

Daha öncə, Müdafiə Nazirliyindən bildirilmişdir ki, Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir. İşlərin bitəcəyi vaxt haqqında məlumat verilməmişdir.

Ən Çox Oxunan