24.8 C
Gence
24.8 C
Gence

Gəncədə iki obyekt hərraca qoyulur

“Bank Standard” QSC-nin Gəncədəki əmlakı hərraca çıxarılır. Bu haqda 8 yanvar tarixində Report-a istinadən məlumat veririk.

Yanvarın 26-da baş tutacaq hərracda Nizami rayonunun Mirzə Abbas Abbaszadə küçəsində yerləşən əmlak satılacaq. Söhbət 1 mərtəbəli 70,2 kvadrat metr yaşayış və 27,1 kvadrat metr köməkçi sahəsi olan obyektdən gedir. Mülkün ilkin qiyməti 150 min manat olaraq təyin olunub.

Qeyd edək ki, bundan başqa 11 yanvar saat 10:00-da ikimərtəbəli istehsal sexi də hərraca qoyulacaq. Obyekt Kəpəz rayonu, Z.Əliyeva küçəsi, 2-ci döngə, bina 10 ünvanında yerləşir. Ümumi faydalı sahəsi 1160.8 kv.m-dir. Əmlakın hərracda start qiyməti 156.250 manatdır.

Ən Çox Oxunan