25.3 C
Gence
25.3 C
Gence

Gəncədə iki obyekt cərimələnib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi 23 sentyabr tarixində Gəncədə iki iaşə obyekti barəsində inzibati tədbirlər görüb.

Nəzarət tədbirləri çərçivəsində Mehmandarov küçəsi 12A ünvanında yerləşən “Kəhrəba” kafesi və Abbaszadə küçəsi 56-da yerləşən “Bon Appetit” restoranında nöqsanlar aşkar edilib. Bununla bağlı İnzibatı Xətalar Məcəlləsinə əsasən müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, 23 sentyabr keçirilən nəzarət tədbirləri nəticəsində ölkə üzrə 376 ictimai iaşə obyektində 633 monitorinq keçirilmişdir. 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Ən Çox Oxunan