26.4 C
Gence
26.4 C
Gence

Gəncədə həftəsonu iki bıçaqlanma hadisəsi baş verib

Gəncədə toydan çıxan şəxs bıçaqlanıb. Hadisə 25 iyul şəhərin Natavan qəsəbəsində yerləşən şadlıq saraylarının birinin qarşısında baş verib.

Şəhər sakini 43 yaşlı Taryel Həsənov qarın boşluğundan bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat edilib. Hazırda vəziyyəti orta ağırdır.

Hələlik şəxsin kim tərəfindən bıçaqlandığı məlum deyil. Hadisənin başvermə səbəbləri araşdırılır.

Həmin gün, daha bir bıçaqlanma Gəncədə Qaçaq Nəbi küçəsində baş verib. 66 yaşlı Arif Vəliyev bud nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O, avtomobili yüksək sürət ilə sürdüyü üçün tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Ən Çox Oxunan