Gəncədə yük maşını ilə minik avtomobili toqquşub. Bu barədə Gencexeber.az-ın müxbiri 26 oktyabr tarixində məlumat verib.
Hadisə şəhərin Heydər Əliyev prospektində saat 14:00 radələrində qeydə alınıb. “Ford” markalı yük maşını “Toyota” markalı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.
Cəlb olunan polis əməkdaşları araşdırma aparıblar.
