21.4 C
Gence
21.4 C
Gence

Gəncədə ictimai nəqliyyat və iaşə obyektlərində yoxlamalar aparılıb

Gəncədə ictimai nəqliyyatda, eləcə də ictimai iaşə obyektlərində sanitar-karantin qaydalarının əməl olunması yoxlanılıb. Bu haqda yanvarın 13-ü Gencexeber.az-a istinadən məlumat veririk.

Polis əməkdaşları avtobus və taksilərdə sərnişinlərin tibbi maskalardan istifadə edilməsinə, COVID-19 pasportunun olub-olmamasını yoxlayıblar. Karantin qaydalararını pozan şəxslər barəsində inzibati protokol tərtib edilib.

Əməkdaşlar tərəfindən keçirilən reydlər şəhər ərazisindəki mehmanxana, kafe və restoranlarda da davam etdirilib. Şadlıq evlərində COVİD-19 pasportu olmayan şəxslər restorana buraxılmayıb.

Ən Çox Oxunan