21.4 C
Gence
21.4 C
Gence

Gəncədə iaşə obyekti cərimələnib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi 23 sentyabr tarixində Gəncədə iaşə obyektinin sahibini cərimələyib.

Pandemiya dövründə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun profilaktikası ilə bağlı metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə ictimai iaşə obyektlərində reydlər davam edir.

Aparılan monitorinq nəticəsində Azərbaycan bayrağı küçəsi 138 ünvanında yerləşən

“Park House” kafesində qanunvericilik tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Ən Çox Oxunan