19.1 C
Gence
19.1 C
Gence

Gəncədə işıqlandırdığımız partlayış: ana və oğul Bakıya aparılıb

Gəncədə baş verən partlayış nəticəsində xəsarət alan ana və oğul Bakıda yerləşən xəstəxanalardan birinə köçürülüblər. Bu haqda Gencexeber.az 20 noyabr tarixində Report.az-a istinadən məlumat verir.

Hadisə şəhərin Əlişir Nəvai küçəsində qeydə alınmışdır. Partlayış nəticəsində evin müəyyən hissəsi uçmuşdur. 44 yaşlı Səbinə Verdiyeva və 23 yaşlı oğlu Əli Verdiyev xəsarət almışdır. Onların vəziyyəti ağır olduğundan bu gün Bakı şəhərində yerləşən xəstəxanaların birinə gətiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ən Çox Oxunan