25.8 C
Gence
25.8 C
Gence

Gəncədə işçilərin soyunub-geyinməsi üçün istifadə olunan tikili yanıb

Gəncənin Kəpəz rayonunda yanğın baş verib. Bu haqda 15 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinin rəsmi səhifəsində xəbər paylaşılıb.

Hadisə səhər saatlarında qeydə alınıb. Yanğın ümumi sahəsi 25 kv. m təşkil edən işçilərin soyunub-geyinməsi üçün istifadə olunan tikilidə başlayıb. Onun taxta konstruksiyası və içində olan əşyalar yanıb.

Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölmələrinin əməkdaşları alovu söndürüblər.

Daha öncə, 15 sentyabr tarixində baş vermiş yanğın haqqında məlumat vermişdik.

Ən Çox Oxunan