Gəncədə yol-nəqliyyat hadisə baş verib. Bu haqda Gencexber.az-ın müxbiri 15 noyabrda məlumat verib.
Hadisə şəhərin Xəlil bəy Rəfibəyli və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində baş verib. Hərəkətdə olan “Hyundai” markalı maşın “VAZ-011″ə çırpılıb. Nəticədə sürücü və sərnişin başlarından xəsarət alıblar.
İlkin araşdırmalara əsasən, “VAZ”ın sürücüsü dönmə əməliyyatı edən zaman səhfə yol verib. Bu zaman əks istiqamətdə hərəkət edən “Hyundai” onunla toqquşub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.