Gəncədə 15 oktyabr tarixində Əhməd Cavadın barelyefinin açılışı olub. Bu haqda Gencexeber.az-a məlumat daxil olub.
Şəhərin Heydər Əliyev prospekti 495 ünvanında şairin vaxtilə yaşadığı ev yerləşir. Yeni barelyef həmin binanın divarında quraşdırılıb.
Tədbirdə şairin nəticəsi Cavad Axundzadə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər.


