24.7 C
Gence
24.7 C
Gence

Gəncədə “Şəhidlikdən qələbəyə gedən yol” kitabı gün işığı gördü

Gəncədə “Şəhidlikdən qələbəyə gedən yol” adlı kitabın təqdimatı keçirilib. Bu haqda Gəncə Şəhər İcra Hakimiyyətinin saytında yanvarın 11-i məlumat dərc edilib.

Tədbir Gəncə Uşaq Evində baş tutub. Səmayə Mirzəyevanın qələmə aldığı “Şəhidlikdən qələbəyə gedən yol” adlı kitab nümayiş etdirilib. Daha sonra şəhidlərə həsr olunan səhnəciklər göstərilib.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Uşaq Evinin direktoru Nazilə İsmayılova, şəhid ailələri, ictimaiyyət nümayəndələri və Uşaq Evinin kiçik sakinləri iştirak ediblər.

Qeyd edək ki, kitabın müəllifi Səmayə Mirzəyeva vaxtilə Gəncə Uşaq Evində tərbiyəçi vəzifəsində çalışmış, hazırda yaş həddi ilə əlaqədar olaraq təqaüddədir.

Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto
Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto

Ən Çox Oxunan