19 C
Gence
19 C
Gence

Gəncədə şəhidin yaşadığı evdə barelyefin açılışı olub

Gəncədə Vətən müharibəsi şəhidi Sərxan Muxtarovun xatirəsini əbədiləşdirmək məqsədilə yaşadığı evə barelyefi vurulub. Bu haqda 16 dekabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Açılış mərasimi zamanı şəhidin hünərindən, vətən sevgisindən, rəşadətindən və keçdiyi döyüş yolundan söz açılıb. Mayor Sərxan Muxtarov, Vətən müharibəsində müxtəlif istiqamətlərdə hərbi əməliyyatlarda iştirak edib. Müharibə bitdikdən sonra Qubadlı rayonunda xidmətini davam etdirən tabor komandiri bu ilin yanvarın 12-i minaya düşərək şəhid olub.

“Oğlum vətən uğrunda, torpaq uğrunda, bayraq uğrunda şəhid oldu. Düzdü valideyin üçün oğul itirmək çətindir, ancaq yenə fəxr edirəm ki, mənim oğlum vətən uğrunda şəhid oldu” – deyə şəhid atası söyləyib.

Ən Çox Oxunan