20.8 C
Gence
14.5 C
Ganja

Gəncədə şəhidin xatirəsinə inşa edilən bulağın açılış mərasimi keçirilib

Gəncədə şəhid Nadir Abbasquliyevin xatirəsinə inşa edilən bulağın açılışı baş tutdu. Bu haqda Gencexeber.az-ın müxbiri 17 noyabr tarixində məlumat verib.

Nadir Abbasquliyev adına inşa edilən ehsan bulağı Təbriz küçəsi, 197 ünvanında yerləşir. İşlər şəhid atasının təşəbbüsü ilə reallaşıb.

Bu gün səhər şəhidin məzarı ziyarət olunub, daha sonra isə ehsan verilib. Mərasimdə Nadirin yaxınları ilə yanaşı qazilər, əsgər yoldaşları və şəhər sakinləri iştirak ediblər.

Nadir Elçin oğlu Abbasquliyev Gəncə şəhərində doğulub. O, noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Döyüş əməliyyatlarında şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Nadir Abbasquliyev ölümündən sonra aşağıda göstərilən medallar ilə təltif olunub:

  • “Vətən uğrunda” medalı;
  • “Cəsur döyüşçü” medalı;
  • “Şuşanın azad olunmasına görə” medalı.