Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anasını xəstəxanada ziyarət edib. Daha öncə, xanımın intihara cəhd etməsi haqda bəzi kütləvi informasiya vasitələrində xəbər yayılmışdır. Bu haqda Apa-ya istinadən məlumat veririk.
Həkimlərin verdiyi məlumata görə, hazırda Vüsalə Məmmədovanın vəziyyəti yaxşıdır.
Bildirilib ki, Vüsalə Məmmədova növbəti qəbulla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına gələrkən səhhəti pisləşmişdir.