27.5 C
Gence
27.5 C
Gence

Gəncədə şəhid ailəsinin mənzili təmir olunub

Gəncədə Ermənistanın raket atəşi zamanı evi dağılmış ailənin evi təmir edilib. Bu haqda Gencexeber.az Report-a istinadən məlumat verir.

Bərpa olunan ev şəhid Ramil İsmayılovun ailəsinə aiddir. 2020-ci il oktyabrın 17-də ermənilərin Gəncəyə atdığı raketlərdən biri ailənin yaşadığı binanın yaxınlığına düşmüşdür. Nəticədə evin pəncərələri, aynəbəndi tamam dağılmışdı.

Şəhidin atası İsmayıl İsmayılov mənzilin təmir üçün İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təşəkkür etdiyini bildirib.

Qeyd edək ki, şəhid İsmayılov Ramil İsmayıl oğlu 2007-ci ilin aprel ayında həqiqi xidmətə çağırılıb. O, Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində yerləşən 181 saylı hərbi hissədə xidmət etmiş və 9 mart 2008-ci ildə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalmışdır. Ramil İsmayılov Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Ən Çox Oxunan