Gəncədə şəhid Daşqın Şəfiyevin ailəsi ilə görüş təşkil olunub. Bu haqda Gəncə Regional Mədənyyət İdarəsinin rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.
Görüşdə Şəhidin valideynləri, bibisi, xalaları, dayısı, uşaqlıq dostu, yaxın qohumları, qonşuları, şəhid Rəşad Ələkbərov və Mirmuraz Cəfərovun anaları və qazilər iştirak ediblər.
Tədbirdə həmçinin Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, şair-dramaturq Xəzangül Hüseynova, Əməkdar Mədəniyyət işçisi, əmək veteranı, yazışı-publisist Bəxtiyar Muradov və bir çox mədəniyyət və elm xadimi olub.
Tədbir zamanı şəhid Daşqın Şəfiyevin şücaətlərindən, vətənə olan sevgi və bağlılığından söz açılıb. Şəhidin atası Hidayət Şəfiyev və anası Gülnaz Şəfiyeva şəhid övladlarına həsr etdikləri şeirlərini səsləndiriblər.
Görüş Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın oxu zalı və Səyyar şöbəsi ilə birgə təşkil edilib.