Gəncədə bayram günlərində şəhid ailələrinin evlərinə ziyarət təşkil olunub. Bu haqda məlumatı 4 yanvar tarixində Gənclər Evinə istinadən məlumat veririk.
Gənclər evinin əməkdaşı Xatirə Məmmədova və Gəncə Regional Kollecinin tələbələri şəhidlər – Xuduş Kazımov, Eltay Quliyev və Arzu İsgəndərovun ailələrinə baş çəkiblər. Şəhidlərin yadigar qalan övladlarına hədiyyələr verilib.
Bu cür görüşlərin təşkil olunmasının məqsədi şəhid ailələrini daim diqqətdə saxlamaqdır.

