Gəncədə kişi hamilə olan həyat yoldaşını döyüb.
29 yaşlı Muraz İsgəndərov mübahisə zamanı arvadı, 22 yaşlı T.Məmişovanı döyüb. Nəticədə qadın ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona 18-19 həftəlik hamiləliyin pozulması diaqnozu qoyulub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.