23 C
Gence
18.5 C
Ganja

Gəncədə əhaliyə göstərilən rabitə xidmətlərinin dəyəri 9 faiz artıb

Əhaliyə gösərilən rabitə xidmətlərinin dəyəri artıb. Bu haqda məlumatı avqustun 13-ü Marja-ya istinadən veririk.

İnformasiya və rabitə müəssisələri tərəfindən 2022-ci ilin yanvar-iyun aylarında 3,6 milyon manat dəyərində xidmət göstərilib. Bu da keçən ilin eyni dövrünə nisbətən 9,9 faiz çoxdur. Xidmətlərin 98,1 faizi əhali tərəfindən istehlak olunmuşdur.

Əhaliyə göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9 faiz artırılıb.

Qeyd edək ki, göstəricilər Gəncə Şəhər Statistika İdarəsi tərəfindən verilib.