19.1 C
Gence
19.1 C
Gence

Gəncədə şəhər sakini oğurluq üstündə saxlanılıb

Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub. Bu haqda 8 dekabr tarixində Daxili İşlər Nazirliyi məlumat paylaşıb.

Kəpəz rayon Polis idarəsinin əməkdaşlarının keçirdiyi əməliyyatlar nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Əliyev saxlanılıb. O, Şah İsmayıl Xətai prospektində yerləşən mağazaların birindən ümumi dəyəri 1210 manat olan televizor, musiqi mərkəzi və soba oğurlamaqda şübhəli bilinir.

Faktla bağlı cinayət işi açılıb.

Ən Çox Oxunan