26.4 C
Gence
26.4 C
Gence

Gəncədə şəhər sakini iş başında xəsarət alıb

Gəncədə şəhər sakini işlədiyi yerdə xəsarət alıb. Bu haqda Gəncə şəhər Prokurorluğu 15 sentyabr tarixində məlumat paylaşıb.

Məlumata əsasən, 2 iyun tarixində Akif Eyvazov işlədiyi yerdə xəsarət alması ilə bağlı prokurorluq araşdırma aparıb. Nəticədə, Eyvazov, qaynaqçı işlədiyi “SemSan” şirkətinin əlvan metallar sexində qaz-oksigen kəsicisi ilə metal balonun sobada əridilməsi zamanı balonun partlaması səbəbindən xəsarətlər alıb. Onun sağ bud nahiyəsinin aşağı 1/3 hissəsi amputasiya olunub.

Faktla bağlı texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb.

Ən Çox Oxunan