21.4 C
Gence
21.4 C
Gence

Gəncədə həftə ərzində 45 dilənçi saxlanılıb

Gəncədə həftə ərzində dilənçiliklə məşğul olanlarla bağlı reydlər keçirilib. Bu haqda 25 dekabr tarixində Gəncə şəhər İcra Hakimiyyəti məlumat paylaşıb.

Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində tüfeyli həyat tərzi keçirən və dilənçilik edən 45 nəfər saxlanılaraq bölməyə gətirilib. Onların 36-sı barəsində protokol tərtib olunub.

Saxlanılan şəxslərlə profilaktiki söhbətlər aparılıb. Daha sonra qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto
Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto

Ən Çox Oxunan