21.4 C
Gence
21.4 C
Gence

Gəncədə ögey ana azyaşlıları döyüb

Gəncədə ögey ana barəsində cinayət işi açılıb. Bu haqda Gencexeber.az Report-a istinadən məlumat verir.

Şəhər sakinləri 2009 və 2010 təvəllüdlü uşaqların ögey anaları tərəfindən mütəmadi olaraq döyülməsi ilə bağlı polisə şikayət daxil olub. Araşdırma zamanı azyaşlıların atasının birlikdə yaşadığı qadın tərəfindən güclü fiziki ağrı və psixi iztirablara məruz qaldıqları məlum olub.

Uşaqlar sosial xidmət müəssisəsinə yerləşdiriliblər. Faktla bağlı cinayət işi açılıb.

Ən Çox Oxunan