26.4 C
Gence
26.4 C
Gence

Gəncədə geniş mövsümi qrip virusu yayılıb

Gəncədə son bir neçə həftədir ki, uşaqlar və eyni zamanda böyüklər arasında virus yayılıb. Bu haqda Kəpəz televiziyasına istinadən yanvarın 11-i məlumat veririk.

Həkimlər bildirir ki, yayılan xəstəlik mövsümi qrip virusudur. Xəstələrdə kəskin öskürək, yüksək qızdırma, halsızlıq kimi əlamətlər özünü göstərir. Bütün hallarda xəstəlik qısa müddət davam edir.

Virusla xəstələnmələrin sayı uşaqlar arasında xüsusilə nəzərə çarpır. Əsasən də 5-9 yaşlılar arasında xəstələnmə halları daha çox müşahidə olunur.

Qeyd edək ki, koronavirusun əlamətləri qripə çox bənzəyir ki, bu da ayırdetməni çətinləşdirir.

Ən Çox Oxunan