25.6 C
Gence
20.5 C
Ganja

Gəncədə “Gəncliyimiz İnkişaf Proqramı” layihəsi davam edir

Gəncədə “Gəncliyimiz İnkişaf Proqramı” layihəsinin növbəti təlimləri baş tutub. Bu haqda Gəncə Gənclərinin rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.

3 günlük təlimin mövzusu layihələrin yazılması və idarə olunması istiqamətlərini əhatə edir.

Layihə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, “Gəncə Maarif Evi” İctimai Birliyinin tərəfdaşlığı, “Kitab Oxu” mağazasının, “Kitab Oxu Coffeeshop”un və “Xəzər” Təhsil Mərkəzinin dəstəyi ilə həyata keçirilir.